İran xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq və təbliğat fəaliyyətlərində həm azərbaycanlı, həm də iranlı tələbələrdən müxtəlif üsullarla istifadə edir.
G7: İran heç vaxt nüvə silahına sahib olmamalıdır
Rusiya: ABŞ-la İran arasında hərbi qarşıdurma yenidən başlaya bilər
FTB SEPAH üzvünü “ən çox axtarılan terrorçular” siyahısına daxil edib
Ukrayna üzrə sülh danışıqları Əbu-Dabidə başa çatdı; Trampın nümayəndələri Moskvaya gedir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Möhsün Rzayi: ABŞ-ın Avropadakı hərbi bazalarını hədəfə alacağıq
İranda insanlar borclarını ödəmək üçün orqanlarını satışa çıxarırlar
İtaliya, Şotlandiya və Şimali İrlandiyada yüzlərlə məktəb bomba təhdidlərinə görə boşaldılıb
İranda polis üç bəlucu güllələdi
Ankara Ermənistanla sərhədin yalnız Bakı ilə sülhdən sonra açılacağını bildirdi
İranda daha iki qadın öldürüldü
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
Tokayev ərəbcə sözlərdən imtinaya çağırdı
İran ayda bu qədər raket istehsal edir- "Bloomberg"
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
“Ynet”: İsrail İranla fərqli müharibəyə hazırlaşır
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
Marağada iki iaşə obyekti bağlandı
Netanyahu ilə Tramp arasında gərgin telefon danışığı baş tutdu
İran AEBA-ya nüvə obyektlərini yoxlamağa icazə vermədi
İranla bağlı məxfi məlumatı paylaşanı 20 milyon dollar mükafat gözləyir
İranda daha üç məhbus edam edildi
Rubio: Tramp müharibə və ya razılaşma əvəzinə İran rejimini boğmaq yolunu seçib – “Axios”
Pompeo: Respublikaçılar İranla müharibəyə görə seçkilərdə səs itirdilər, lakin ABŞ mübarizəni davam etdirməlidir
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Sistan və Bəlucistanda mina partladı- Ölən var
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
Keçmiş hakimdən qalmaqallı açıqlama: Məndən Traktorun əleyhinə fit çalmağımı istədilər (VİDEO)
ABŞ: İran danışıqlarda qeyri-real şərtlər irəli sürür
İraq İran milli futbol komandasının təyyarəsinin enişinə icazə vermədi
Heqset: ABŞ İranın nüvə obyektlərini yaxından izləyir və yenidən zərbə endirməyə hazırdır
Binabda məhəllələrin Azərbaycan türkcəsindəki qədim adları lövhələrdə
İran polisi etnik bəlucu güllələyib
İranda daha beş etirazçı edama məhkum edildi
Mustafa Kamal Atatürkün anım günüdür
İran zənginləşdirməni birdəfəlik dayandırmalıdır!- Vadeful
İran həbsxanalarında aclıq aksiyası keçirilir
İsrail: İran Yaxın Şərqdən kənar ölkələr üçün də təhlükə olaraq qalır
Tam müharibə vəziyyətindəyik- Mühacirani
İrəvanda Azərbaycanın qədim tarixi abidəsi olan Göy Məscidin iclas zalına erməni şairin adı verildi
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Tramp: ABŞ istənilən vaxt İrana yenidən zərbə endirməyə hazırdır
İran xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq və təbliğat fəaliyyətlərində həm azərbaycanlı, həm də iranlı tələbələrdən müxtəlif üsullarla istifadə edir.
Bunu bəzi iranlı tələbələrin etirafları və Azərbaycan Respublikasının rəsmi orqanları və təhlükəsizlik hesabatları da təsdiq edir.
Əlaqədar dövlət qurumlarının, o cümlədən Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar bu fəaliyyətin fərqli istiqamətlərdə qurulduğunu göstərir:
Azərbaycandakı iranlı tələbələrin casusluğa cəlb edilməsi əsasən aşağıdakı formalarda həyata keçirilir:
Ələ alma və infiltrasiya: Azərbaycanın ali təhsil müəssisələrində oxuyan bəzi İran vətəndaşları öz ölkələrinin xüsusi xidmət orqanları (Kəşfiyyat Nazirliyi, SEPAH) tərəfindən əməkdaşlığa cəlb edilir.
Əməkdaşlığa cəlb olunan şəxslər əsasən sosial əlaqələr qurmaq vasitəsilə fəaliyyət dairələrini genişləndirməyə çalışırlar:
İranın xüsusi xidmət orqanları və SEPAH bunlara Azərbaycan vətəndaşları (tələbələr, gənclər) ilə yaxınlıq qurmaq, onların daxili fikirlərini öyrənmək və gələcəkdə agentura şəbəkəsinə cəlb oluna biləcək şəxsləri müəyyənləşdirmək tapşırığı verir.
Məlumatlar və faktlara əsasən, İran xüsusi xidmət orqanları ilə əlaqəli şəxslər Azərbaycan Respublikasında fəaliyyətlərini pərdələmək üçün daha tələbə adı ilə yanaşı iş adamı adı altında fəaliyyət göstərirlər.
Buna misal olaraq 2025-ci ilin yanvar ayında rəsmi orqanların keçirdiyi əməliyyatlar nəticəsində tələbə adı altında Azərbaycanda olan və fərqli pozucu fəaliyyətlərlə məşğul olaraq vətəndaşları ələ almağa çalışan bir qrup İran vətəndaşı ifşa edilərək ölkədən deportasiya olunduqlarını göstərmək olar. 16 nəfərlik həmin qrupa aid şəxslərin isə 11-Azərbaycan Respublikasına girişinə qadağa qoyulub.
SEPAH və Kəşfiyyat Nazirliyi tərəfindən ələ alınan bəzi iranlı tələbələr və ya tələbə adı altında başqa məqsədlərə xidmət edən şəxslər həm də biznes şəbəkəsi quraraq yerli vətəndaşalrı, xüsusən gəncləri şirnikləndirici maddi vədlər və real qazanc vasitəsilə də cəlb edirlər.
Özləri və ailələrinin o qədər də əhəmiyyətli maddi imkanları olmayan həmin "tələbə"lər özlərini İranın hansısa biznes şirkətinin nümayəndəsi və ya vasitəçisi kimi qələmə verir, xüsusən gənclər, müxalifət partiyalarının üzvləri, ictimai və media fəalları ilə əlaqələr qurmağa çalışır, bəzi hallarda isə buna nail olurlar.
Hədəflərinə daha asan çatmaq, ünsiyyət problemini minimuma endirmək və azərbaycanlıların İranda yaşayan soydaşlarına qarşı hisslərindən maksimum istifadə etmək üçün bu qəbildən olan "tələbə"lər əsasən İranın azərbaycanlılar yaşayan bölgələrindən və güney azərbaycanıların arasından seçilir.
Bunlar isə bir çox hallarda özlərini həm də "milli" və "Ana dili" hərəkatının nümayəndələri, İranda azərbaycanlıların hüquqlarının müdafiəçisi kimi də qələmə verirlər. Bu da onların Azərbaycanda, xüsusən bəzi milli dairələr və ictimai qurumlarda daha tez və səmimi qəbul olunmalarına imkan yaradır.
İran bu əməllə həm də başqa bir niyyətini həyata kçirmiş olur. Belə ki, Azərbaycan Respublikasında öz ana dilində təhsil almağa can atan və bunun üçün bir çox məhrumiyyətlərə də dözən güney azərbaycanlı gənclərə maneələr törədir, onlara qarşı inamsızlıq yaradaraq, gənclərin ana dilində təhsil istəklərinə çatmasının qarşısını almış olur.
Eyni halda Tehran xüsusi xidmət orqanları İrana gedən azərbaycanlı tələbələri də hədəf alır, dini və ideoloji şirnikləndirmələr vasitəsilə casusluğa cəlb edir.
Məlumdur ki, İran tərəfi müxtəlif dövrlərdə azərbaycanlı tələbələrə pulsuz təhsil, təqaüdlər və dini təlimlər təklif edərək onları öz təsir dairəsinə salmağa çalışıb. Qum və başqa şəhərlərdəki dini mərkəzlərdə təhsil alan bəzi gənclər radikal dini təbliğatın təsirinə məruz qalıblar. Onlar Azərbaycan Respublikasına qayıtdıqdan sonra burada Tehranın siyasi-ideoloji təbliğatçısı kimi çıxış edir, İranın ölkədə dini zəmində parçalanma və qarşıdurmaların yaradlması istiqamətindəki planlarının xidmətçisinə çevrilirlər.
Bununla yanaşı azərbaycanlı tələbələrin ələ alınması üçün şantaj və həbs təhlükəsi metodlarından da istifadə çox rst gəlinən hallardan biridir.
İrana təhsil, turizm və ya digər şəxsi məqsədlərlə gedən tələbələr qondarma "casusluq" ittihamları ilə təzyiqə məruz qalır və ya birbaşa həbs olunurlar (Məsələn, tələbə Fərid Səfərlinin İranda həbs olunması hadisəsi). Bu üsulla gənclər qorxudularaq əməkdaşlığa məcbur edilir.
Buna görə də, Azərbaycan Xarici İşlər Nazirliyi bundan əvvəl ölkədəki mövcud gərgin təhlükəsizlik vəziyyəti və vətəndaşların, xüsusən də gənclərin qarşılaşa biləcəyi risklərlə bağlı İrana səyahət barədə bir neçə dəfə xəbərdarlıq edib.
İranın qeyd olunan üsullarla kəşfiyyat-pozuculuq fəaliyyətlərinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası dövlət xətti ilə İranda təhsilin dayandırılmasına qərar verib.
İrada qalanlar yalnız şəxsi təşəbbüslə gedənlərdir. Təhlükəsizlik qurumları tərəfindən İrana bağlı casus şəbəkələrinə, radikal qruplaşmalara və tələbə mühitindən istifadə edərək dövlət əleyhinə çağırışlar edən şəxslərə qarşı mütəmadi olaraq əməliyyatlar həyata keçirilsə də, Qumdan qaynaqlanan fitnə planları hələ də davam edir.
GünAzTV
İranda polis üç bəlucu güllələdi
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
İran polisi etnik bəlucu güllələyib
Mustafa Kamal Atatürkün anım günüdür
İran həbsxanalarında aclıq aksiyası keçirilir
Tam müharibə vəziyyətindəyik- Mühacirani
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Binabda iş qəzası - Ölən var
Təqaüdçülər Həmədan və Zəncanda etiraz aksiyası keçirdilər
ABŞ İranla bağlı surpriz qərar verə bilər - Media
“Gələn həftə Si Cinpin və Putinlə görüşə bilərəm”
İranda daha dörd iaşə obyekti bağlandı
Daha bir etirazçı həbs və edam cəzasına məhkum edildi
İranın infrastrukturunu məhv etmək niyyətində deyilik- Tramp
Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Ərəb ölkələri Məkkə və Mədinəyə hücumları pisləyib
NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib
Qoşaçayda şagirdlər zəhərləndi
İranın Ermənistandakı səfirliyi İrəvanın Göy məscidi haqqında videomaterial yayımlayıb.
Tramp İrana qarşı yeni zərbələr və danışıqlar arasında seçim etməyə çalışır – Axios
Türkiyə Müdafiə Nazirliyi: İran ərazisindən açılan atəş nəticəsində türk əsgəri həlak olub
Tehranda binaların üstündə zenit toplar quraşdırılıb
ABŞ İrana görə daha iki şəxs və bir quruma sanksiya tətbiq etdi
Bu şəhərlər Təbrizə birləşdirilsin- Huşyar
Məkkə bölgəsində pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib; müsəlmanların qibləsi yenidən təhlükə ilə üz-üzədir
Qeşm adasında dörd güclü partlayış qeydə alınıb
İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiyi bildirilir
Qaçqıların deportasiyası üçün ABŞ İranla gizli danışıq aparıb- Associated Press
İranda məhbuslar yenidən aclıq aksiyası keçiriblər
Səudiyyə Ərəbistanı və Suriya Hörmüz boğazında gəmiçiliyə qarşı təhdidlərin dayandırılmasına çağırıb – SPA
ABŞ İrana görə Kanada şirkətlərinə sanksiya tətbiq etdi
Üç şəhərdə daha yeddi məhbus edam edildi
Netaniyahuya görə həbs edilən təbrizli sərbət buraxılıb