SON XƏBƏRLƏR

İran İraqın şimalına raket zərbələri endirdi- Ölənlər var

2026.07.17, 15:19
İran İraqın şimalına raket zərbələri endirdi- Ölənlər var

İran bu gün səhər saatlarında İraqın şimalında İran kürd Zəhmətkeşlər Partiyasının (Komele) düşərgəsini raketlərlə hədəf alıb.

Gunaz.tv

Bu haqda partiyanın rəhbər nümayəndəsi Abdullah Azərbar məlumat verib.

Məlumata görə, Süleymaniyə əyalətinin Zərquiz bölgəsindəki düşərgəyə 6 raket zərbəsi endirilib, nəticədə 9 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Azərbar, xilasetmə işlərinin davam etdiyini və ölü sayının artacağını bildirib. 

Bundan əvvəl iyulun 16-da isə İraq Kürdüstan Regionunun hökumətinin Terrorla Mübarizə Xidməti koalisiya qüvvələrinin Ərbildə yerli vaxtla səhər saat 4:19 ilə 5:25 arasında səkkiz pilotsuz təyyarəni vurduğunu açıqlaıyıb. Təşkilat əməliyyat zamanı heç bir ölüm və ya yaralanma hadisəsinin baş vermədiyini bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar