SON XƏBƏRLƏR

İranın cənubunda zəlzələ baş verdi

2026.07.19, 07:38
İranın cənubunda zəlzələ baş verdi

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, Tehran Universitetinin Seysmologiya Mərkəzi bazar günü səhər saatlarında Xuzistan vilayətinin Saland bölgəsində 5 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb.

Məlumata əsasən, zəlzələ İran vaxtı ilə saat 05:55-də yerin 12 kilometr dərinliyində qeydə alınıb. Yeraltı təkanlar Xuzistanın Əndimeşk, Şuş və Əhvaz şəhərləri də daxil olmaqla bir sıra yaşayış məntəqələrində hiss olunub.

İndiyədək zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan itkisi barədə rəsmi məlumat yayılmayıb.

 


GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar