SON XƏBƏRLƏR

Güneyli fəal Ərdəbil Mərkəzi Həbsxanasına köçürüldü

2026.07.19, 12:12
Güneyli fəal Ərdəbil Mərkəzi Həbsxanasına köçürüldü

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, Güney Azərbaycanli türk fəalı Əsgər Əkbərzadə iyulun 18-də ailəsi ilə telefon əlaqəsi saxlayaraq Ərdəbil Kəşfiyyat İdarəsinin təcridxanasında 22 gün davam edən dindirilmədən sonra Ərdəbil Mərkəzi Həbsxanasının 9-cu bölməsinə, “hərbi bölmə” kimi tanınan hissəyə köçürüldüyünü bildirib.

Əsgər Əkbərzadə iyunun 28-də türk milli fəalları Siyamək Mirzayi və Əli Vasəqi ilə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı. Onların saxlanılması ilə eyni vaxtda yaşadıqları evlər və iş yerlərində axtarış aparılmış, mobil telefonlar və digər elektron avadanlıqlar müsadirə edilmişdi.

Bundan əvvəl Əsgər Əkbərzadənin qaraciyər xəstəliyindən əziyyət çəkdiyi və ixtisaslaşmış dərmanlardan istifadə etməyə ehtiyac duyduğu barədə narahatlıqlar səsləndirilmişdi.

Siyamək Mirzayi və Əli Vasəqi də bir neçə gün Kəşfiyyat İdarəsinin təcridxanasında saxlanıldıqdan sonra Ərdəbil Mərkəzi Həbsxanasına köçürülmüşdülər. Lakin son məlumatlara görə, hər iki türk fəalı yenidən Ərdəbil Kəşfiyyat İdarəsinə aparılıb.

 


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar