SON XƏBƏRLƏR

ABŞ-ın doqquzuncu hava hücumu başa çatdı; CENTCOM tam döyüş hazırlığında qaldığını açıqladı

2026.07.20, 06:25
ABŞ-ın doqquzuncu hava hücumu başa çatdı; CENTCOM tam döyüş hazırlığında qaldığını açıqladı

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bazar günü ABŞ-ın şərq sahili vaxtı ilə İrana məxsus hərbi hədəflərə qarşı ardıcıl doqquzuncu hava hücumunun başladığını və bir neçə saat davam edən əməliyyatın uğurla başa çatdığını açıqlayıb.

CENTCOM bildirib ki, əməliyyat zamanı hərbi komandanlıq mərkəzləri, hava hücumundan müdafiə sistemləri, sahil müşahidə mərkəzləri, dəniz imkanları, raket və pilotsuz uçuş aparatlarının buraxılış məntəqələri, eləcə də İranın rabitə şəbəkələri hədəfə alınıb.

Komandanlıq hücumların məqsədinin İranın Hörmüz boğazından keçən ticarət gəmilərini və mülki dənizçiləri hədəf almaq imkanlarını daha da zəiflətmək olduğunu bildirib.

Eyni zamanda, İranın müxtəlif şəhərlərində yaşayan vətəndaşlar bir neçə partlayış səsi eşitdiklərini bildiriblər.

CENTCOM sonda vurğulayıb ki, ABŞ qüvvələri hələ də ən yüksək əməliyyat hazırlığı səviyyəsindədir və tam döyüş hazırlığında qalır.

 


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar