SON XƏBƏRLƏR

İrannın qərbində güclü zəlzələr oldu

2026.07.20, 09:29
İrannın qərbində güclü zəlzələr oldu

Bu səhər yerli vaxtla səhər saat 07:13 və 07:18-də İranın Kirmanşah əyalətinin Kozran ətrafında rixter şkalası üzrə 5,2 və 5,7 bal gücündə ardıcıl iki güclü zəlzələ baş verib.

Gunaz.tv

Bu haqda Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmoqrafiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerin 8 və 13 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ İlam, Kürdüstan və Həmədan əyalətləri də daxil olmaqla, İranın qərb və mərkəzi hissəsinin böyük bir hissəsində hiss olunub və insanlar evlərini tərk edərək küçələrə çıxıb.

Hələkik mümkün dağıntı və insan tələfatı barədə açıqlama verilməyib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar