SON XƏBƏRLƏR

ABŞ ordusunun itkiləri artdı

2026.07.20, 17:40
ABŞ ordusunun itkiləri artdı

İraqda daha bir amerikalı hərbçi həlak olub.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranla müharibə zamanı həlak olan amerikalı hərbçilərin sayının 17-yə çatdığını açıqlayıb.

CENTCOM-un yaydığı məlumata əsasən, bir amerikalı hərbçi iyulun 27-də İraqın şimalında İrana məxsus vurulmuş hücum pilotsuz uçuş aparatının partlamamış sursatının zərərsizləşdirilməsi əməliyyatı zamanı həlak olub. Hadisə nəticəsində daha bir hərbçi yaralanıb və hazırda müalicə olunur.

CENTCOM bundan əvvəl də İordaniyada keçirilən müdafiə əməliyyatı zamanı iki amerikalı hərbçinin öldüyünü, daha bir hərbçinin isə itkin düşdüyünü açıqlamışdı. Bu hadisələr İran və ABŞ arasında gərginliyin artdığı bir dövrdə baş verib.

 

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar