SON XƏBƏRLƏR

Almatı və Təbriz qardaş şəhərlər elan olunacaq

2026.07.21, 16:16
Almatı və Təbriz qardaş şəhərlər elan olunacaq

Şərqi Azəbycanın Təbriz şəhəri ilə Qazaxıstanın Almatı şəhərləri qardaşlaşmış şəhərlər elan ediləcəklər.

Gunaz.tv

Bu barədə Təbriz mediası məlumat yayıb.

Təbrizin meri Yəqub Huşyar Qazaxıstanın İrandakı səfiri Ontalap Onalbayevlə görüşündə bildirib ki, bu baədə müqavilənin imzalanması istiqamətində işlər aparılır.

O, Təbrizin tarixi, mədəni, elmi, sənaye və iqtisadi imkanlarına toxunaraq, səfirin Təbrizdə olmasının, xüsusən də mədəni, sosial, iqtisadi və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlığın inkişafının başlanğıcı olacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Təbriz və Almatı şəhərlərinin qardaş elan edilməsi barədə təklif 2016-cı ildə Təbriz Şəhər Şurası tərəfindən irəli sürülsə də, bu, bu günə kimi yerinə yetirilməyib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar