SON XƏBƏRLƏR

Neftin qiyməti 91 dolları keçdi

2026.07.21, 21:30
Neftin qiyməti 91 dolları keçdi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, qlobal neft qiymətləri çərşənbə axşamı Yaxın Şərqdə artan gərginlik və Yəməndəki husilərin Səudiyyə Ərəbistanına məxsus gəmilərin Bab əl-Məndəb boğazından keçməsinə mane olacaqları ilə bağlı təhdidlər fonunda son beş həftənin ən yüksək səviyyəsinə çatıb.

Brent markalı neftin qiyməti iki faizdən çox artaraq bir barel üçün 91 dolları, ABŞ-ın West Texas Intermediate (WTI) markalı xam neftinin qiyməti isə 85 dolları keçib.

Qiymət artımı Səudiyyə Ərəbistanına məxsus iki xam neft tankerinin Qırmızı dənizdə marşrutunu dəyişdirməsi ilə bağlı xəbərlərdən sonra daha da sürətlənib.

Reuters agentliyinin məlumatına görə, həmin iki tanker Bab əl-Məndəb boğazı istiqamətində hərəkət marşrutunu dəyişib.

Son günlər neftin bahalaşması ABŞ ilə İran arasında qarşılıqlı hücumların yenidən başlaması və bölgədə münaqişənin daha da genişlənəcəyi ilə bağlı narahatlıqlar fonunda davam edir.

 

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar