SON XƏBƏRLƏR

Təbriz və Həmədan ABŞ hücumlarının hədəfi oldu

2026.07.22, 06:17
Təbriz və Həmədan ABŞ hücumlarının hədəfi oldu

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, CENTCOM-un İrandakı hədəflərə qarşı on birinci gecə əməliyyatına başlaması ilə eyni vaxtda çərşənbə günü səhər saatlarında İranın müxtəlif bölgələrində partlayışlar və hücumlar qeydə alınıb. Hücumların Təbriz (Şərqi Azərbaycan), Həmədanın Kabudarahang rayonu, Mahşəhr, Omidiyə, Behbəhan, Bəndər Abbas, Buşəhr, Çabahar, İlamın Dinarkuh bölgəsi, Kürdüstan vilayətinin Baneh şəhəri və Hörmüzganın Sirik bölgəsini əhatə etdiyi bildirilir.

Güney Azərbaycanın Təbriz şəhərində Tasnim və Fars agentlikləri şəhərin qərbində yerləşən hərbi ərazi istiqamətindən, eləcə də cənub hissəsindən bir neçə güclü partlayış səsinin eşidildiyini yazıb. Hələlik partlayışların dəqiq yeri və səbəbi barədə rəsmi məlumat verilməyib.

Eyni zamanda, sosial şəbəkələrdə yayılan videogörüntülərdə Təbrizdə güclü partlayış səsləri eşidilir.

Həmədan vilayətində isə vilayət qubernatorunun müavini bildirib ki, ABŞ-ın davam edən hücumları çərçivəsində Kabudarahang rayonunda bir neçə məntəqə hava zərbələrinə məruz qalıb. Hücumların dəqiq hədəfləri və mümkün itkilərlə bağlı əlavə məlumat açıqlanmayıb.

Digər tərəfdən, Tasnim agentliyi ABŞ-ın çərşənbə günü saat 02:55-də Kürdüstan vilayətinin Baneh şəhərinin kənarında, QərbiAzərbaycanla sərhədə yaxın ərazidə yerləşən bir nöqtəni hədəf aldığını bildirib. Hücumun dəqiq yeri və nəticələri barədə əlavə məlumat verilməyib.

Bu hücumlar CENTCOM-un İrandakı hərbi hədəflərə qarşı on birinci gecə əməliyyatına başladığını elan etməsi ilə eyni vaxta təsadüf edir.

 

GunAz TV
R.G

Təbriz bu gecə

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar