SON XƏBƏRLƏR

İranın müvəqqəti işlər vəkili Fransa XİN-ə çağırıldı

2026.07.22, 11:43
İranın müvəqqəti işlər vəkili Fransa XİN-ə çağırıldı

İranın Parisdəki müvəqqəti işlər vəkili Məhəmməd Əminnejad diplomatik gərginlikdən sonra Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.

Gunaz.tv

Bu haqda Fransa mediası media məlumat yayıb.

Bu, üç gün əvvəl İran təhlükəsizlik qüvvələrinin Fransanın Tehrandakı səfirliyinin iki işçisini bir neçə saatlığına saxlaması, fiziki güc tətbiq etməsi və qorxutması ilə əlaqəldir.

Fransa rəsmi açıqlamasında bu hərəkəti "qabaqcadan planlaşdırılmış və qəsdən edilmiş hücum" adlandırıb və bu davranışın beynəlxalq hüququn və Vyana Konvensiyalarının açıq şəkildə pozulması olduğunu vurğulaıb.

Qeyd edək ki, Fransa XİN rəhbəri İrandakı səfirliyin 2 əməkdaşının bu ölkənin təhlükəsizlik qüvvələri tərəfindən qısa müddətə saxlanılmasını və dindirilməsini kəskin pisləyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar