SON XƏBƏRLƏR

Tel-Əvivdən İranla bağlı yeni hərbi plan

2026.07.22, 19:25
Tel-Əvivdən İranla bağlı yeni hərbi plan

ABŞ və İsrail yenidən birlikdə hərəkət edəcək?

Gunaz.tv

CNN: İsrail ordusu zərurət yaranacağı təqdirdə yenidən müharibəyə qoşulmağa hazırdır.

Gunaz TV-nin məlumatına görə, CNN üç israilli hökumət mənbəsinə istinadən bildirib ki, İsraildə ABŞ ilə birlikdə İrana qarşı yenidən hərbi əməliyyatların keçirilməsi ilə bağlı planlar müzakirə olunur.

Adları açıqlanmayan mənbələrin sözlərinə görə, hazırda yüksək hazırlıq vəziyyətində olan İsrail ordusu ehtiyac yaranacağı halda yenidən müharibəyə başlamaq üçün əməliyyat planları hazırlayıb.

Bununla belə, hələlik İsrailin ABŞ-ın İrana qarşı davam edən hücumlarına qoşulması nəzərdə tutulmur. Məlumata görə, Tramp administrasiyası da bu mərhələdə İsraildən əməliyyatlarda iştirak etməsini istəməyib.

Son iki həftəyə yaxındır davam edən yeni hücumlar zamanı İsrail əməliyyatlarda iştirak etməyib. Halbuki İranla müharibənin ilk 40 günündə İsrail ABŞ ilə birlikdə Tehrana və İranın müxtəlif bölgələrinə gecə-gündüz hava zərbələri endirmişdi.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar