SON XƏBƏRLƏR

MOSSAD və CIA-nın gizli görüşü; ABŞ və İsrail İranla bağlı koordinasiyanı gücləndirir

2026.07.23, 00:31
MOSSAD və CIA-nın gizli görüşü; ABŞ və İsrail İranla bağlı koordinasiyanı gücləndirir

MOSSAD rəhbəri gizli şəkildə Vaşinqtona gedib.

Gunaz.tv

Gunaz.tv xəbər verir ki, Axios iki məlumatlı mənbəyə istinadən yazıb ki, İsrailin Xarici Kəşfiyyat Xidmətinin (MOSSAD) yeni rəhbəri Roman Qofman təxminən iki həftə əvvəl gizli səfərlə Vaşinqtona gedərək İran, İranın nüvə proqramı və bölgədəki vəziyyətlə bağlı ABŞ rəsmiləri ilə görüşlər keçirib.

Məlumata görə, Baş nazir Benyamin Netanyahunun yaxın müşavirlərindən hesab olunan Qofman MOSSAD rəhbəri vəzifəsinə təyin olunduqdan sonra ilk dəfə Vaşinqtona səfər edib. O, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Ratkliff və Ağ Evin yüksək vəzifəli rəsmiləri ilə görüşüb.

Axios israilli mənbəyə istinadən bildirib ki, görüşlərin əsas mövzularından biri ABŞ və İsrail arasında İranla bağlı nüvə danışıqlarının koordinasiyası və Tehrana qarşı mümkün ssenarilərin müzakirəsi olub.

Məlumatda qeyd olunur ki, MOSSAD rəhbərinin bu səfəri Hörmüz boğazında gərginliyin artması və qarşıdurmaların yenidən başlamasından az əvvəl baş tutub. Həmçinin bildirilir ki, CIA direktoru Con Ratkliff İranla imzalanan anlaşmadan əvvəl xəbərdarlıq edərək Tehranın, xüsusilə Hörmüz boğazı ilə bağlı müddəaları ABŞ-dan fərqli şəkildə şərh edə biləcəyini vurğulayıb.

CIA və MOSSAD yayılan bu məlumatla bağlı hələlik rəsmi açıqlama verməyiblər.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar