SON XƏBƏRLƏR

Mossad: İranın sui-qəsd planının qarşısı alındı

2026.07.23, 23:00
Mossad: İranın sui-qəsd planının qarşısı alındı

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İsrailin xarici kəşfiyyat xidməti Mossad bildirib ki, İran Kəşfiyyat Nazirliyinin İsrailin yüksək vəzifəli rəsmilərinə qarşı sui-qəsd həyata keçirmək məqsədilə yaratmağa çalışdığı əməliyyat qrupunun fəaliyyəti ifşa edilərək zərərsizləşdirilib.

İsrail Baş nazirinin ofisinin yaydığı bəyanatda bildirilir ki, əməliyyat Mossad, İsrailin daxili təhlükəsizlik xidməti Şin Bet və bir neçə ölkənin kəşfiyyat orqanlarının əməkdaşlığı ilə həyata keçirilib.

Mossad bildirilir ki, İran Kəşfiyyat Nazirliyi və SEPAH son illərdə İsrailin maraqlarını və yəhudi vətəndaşlarını hədəfə almaq istiqamətində fəaliyyət göstərib, son aylarda isə İsrail daxilində əməliyyatlar həyata keçirmək cəhdlərini artırıb.

Bəyanata görə, bu şəbəkə məlumat toplamaq və terror əməliyyatları həyata keçirmək üçün xarici vətəndaşlardan istifadə edib. Mossad həmçinin bir neçə ölkənin kəşfiyyat xidmətləri ilə əməkdaşlıq nəticəsində şəbəkənin üzvlərinin və İran Kəşfiyyat Nazirliyinin bir sıra əməkdaşlarının müəyyən edildiyini açıqlayıb.

Bəyanatın sonunda bildirilir ki, İran Kəşfiyyat Nazirliyinin zabitlərindən biri olan Əsədullah Behzad Əsxari, Mossadın bildirdiyinə görə bu şəbəkədə mühüm rol oynayıb və “Şir Xizan” əməliyyatı zamanı öldürülüb.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar