SON XƏBƏRLƏR

Zəncanda partlayış səsləri eşidiləcək

2026.07.25, 19:09
Zəncanda partlayış səsləri eşidiləcək

Zəncan sakinlərinə mühüm xəbərdarlıq; Partlayışlar olacaq.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Zəncan vilayətinin Ənsar əl-Mehdi SEPAH İctimaiyyətlə Əlaqələr İdarəsi bildirib ki, bazar günü, 26 iyul, səhər saat 09:00–12:00 arasında şəhərin qərb hissəsində nəzarətli partlayış səsləri eşidilə bilər.

SEPAH-ın yaydığı məlumatda qeyd olunub ki, bu partlayışlar əvvəlcədən planlaşdırılıb və Zəncanın qərb hissəsində həyata keçiriləcək.

Bu açıqlama son aylarda İranın müxtəlif vilayətlərində təhlükəsizlik və hərbi gərginliyin artdığı bir dövrdə yayılıb. Həmin müddətdə rəsmi qurumlar nəzarətli partlayışlar və hərbi təlimlərlə bağlı oxşar xəbərdarlıqları dəfələrlə ictimaiyyətə çatdırıblar.

Belə açıqlamaların təkrarlanması ölkədə mövcud təhlükəsizlik vəziyyəti və hərbi fəaliyyətlərlə bağlı narahatlıqları artırır. Rəsmi qurumlar partlayışların planlı və təlim xarakterli olduğunu bildirsələr də, bu cür xəbərlər ictimaiyyətdə suallar və narahatlıq yaratmağa davam edir.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar