SON XƏBƏRLƏR

İranın din xadimi: Siyasi fəalları həbs etməklə və edamlarla ölkəni idarə etmək olmaz

2026.07.26, 22:35
İranın din xadimi: Siyasi fəalları həbs etməklə və edamlarla ölkəni idarə etmək olmaz

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İranın tanınmış sünni din xadimi və Zahidan şəhərinin cümə imamı Mövləvi Əbdülhəmid bildirib ki, ayrı-seçkilik, ədalətsizlik, söz və mətbuat azadlığının məhdudlaşdırılması, siyasi fəalların həbs edilməsi və siyasi məhbusların edamı düzgün idarəçilik üsulu deyil və hakimiyyətin davamlılığına xidmət etmir.

Əbdülhəmid bu fikirləri İran hakimiyyətinə ünvanlayıb. Onun çıxışı son günlər SEPAH-a yaxın media orqanlarında barəsində sərt yazıların dərc edildiyi bir vaxta təsadüf edir.

Mövləvi Əbdülhəmid cümə namazındakı xütbəsində İranda edamların artmasını kəskin tənqid edərək bildirib ki, bu cəzalar dinə zərər vurur, insanların dinə münasibətini mənfi istiqamətdə dəyişir və ölkə üçün həm daxili, həm də beynəlxalq nəticələr doğurur.

O vurğulayıb: “Belə edamlar ilahi və şəriət qanunları ilə uyğun gəlmir və Allahın narazılığına səbəb olur.”

Mövləvi Əbdülhəmid çıxışının sonunda edamların dayandırılmasına çağırış edib və hakimiyyətdən bu siyasəti davam etdirmək əvəzinə ədalət və insafı gücləndirməyi, insanların tələblərinə cavab verməklə onların razılığını qazanmağı istəyib.

 

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar