SON XƏBƏRLƏR

Livan: Hizbullahın kimliyi Livan deyil, İrandır

2026.07.26, 23:02
Livan: Hizbullahın kimliyi Livan deyil, İrandır

Beyrut Hizbullahın tərksilahını istəyir.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Livanın xarici işlər naziri Yusif Rəcçi bildirib ki, Hizbullah kimlik baxımından Livan deyil, İran kimliyi daşıyır. O əlavə edib ki, bu qruplaşmanın silahsızlaşdırılması Livan hökumətinin əsas prioritetlərindən biri olmalıdır.

Rəcçi daha əvvəl də X sosial şəbəkəsində paylaşdığı açıqlamada yazmışdı ki, Livan İsraillə birbaşa danışıqlar yolu ilə atəşkəsə nail olmağa çalışır.

Onun sözlərinə görə, bu yanaşma Livanın təhlükəsizlik və siyasi proseslərinin İranın siyasətindən ayrılması istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilə bilər.

Nazirin son bəyanatları Beyrutun Hizbullahın ölkə siyasəti və təhlükəsizlik sahəsindəki roluna münasibətdə daha sərt mövqe nümayiş etdirdiyini göstərir.

 


GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar