SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda yol qəzaları - Ölən və yaralananların sayı

2026.07.28, 09:09
Şərqi Azərbaycanda yol qəzaları - Ölən və yaralananların sayı

Bu ilin aprel ayınnın əvvəlindən bu günə kimi Şərqi Azərbaycan əyalətində baş verən yol qəzaları nəticəsində 226 nəfər həyatını itirib.

Gunaz.tv

Bu barədə əyalətin Tibbi Ekspertiza Təşkilatı məlumat yayıb.

Onlardan 177-nin kişi, 49-nun qadın olduğu bildirilib.

Həmin müddət ərzində qəzalar nəticəsində 5190 nəfər yaralanıb. Onlardan 3788-i kişi, 1042-i isə qadın olub.

Qəzalarda ölən və yaralananların sayının ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artdığı qeyd olunub.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar