SON XƏBƏRLƏR

Təqaüdçülər İranın 7 şəhərində aksiya keçirdilər

2026.07.28, 10:23
Təqaüdçülər İranın 7 şəhərində aksiya keçirdilər

Təbriz və Həmədan şəhərlərində Sosial Təminat təqaüdçüləri yenidən etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu haqda "İlna" məlumat yayıb.

Narazı təqaüdçülər şəhərlərin Sosial Təminat İdarəsinin qarşısına toplaşaraq, tələblərinin yerinə yetirilməsini istəyiblər.

Aylıq məvaciblərinin artırılmamasına görə narazılıq edən təqaüdçülər, müharibə çağırışlarına da etirazlarını bildiriblər.

Bununla yanaşı Tehran, İsfahan, Bicar, Kirmanşah və Sənəndəc şəhərlərində də oxşar aksiyalar keçirilib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar