SON XƏBƏRLƏR

İranlı deputat: İsrail İranla müharibəyə qoşula bilər

2026.07.30, 15:09
İranlı deputat: İsrail İranla müharibəyə qoşula bilər

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əlaəddin Borucerdi bildirib ki, İsrailin İranla müharibəyə qoşulması ehtimalı var və İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampla görüşünün məqsədlərindən biri də bununla bağlı qərar verməkdir.

Gunaz.tv

"Düşmən psixoloji müharibəni yenidən başlayıb və İsrail İranla müharibəyə qoşula bilər. İsrail baş nazirinin ABŞ-a səfəri və Trampla görüşü də bu məsələ ilə bağlı qərarın qəbul edilməsinə xidmət edir", – deyə Borucerdi bildirib.

Deputat əlavə edib ki, İran heç vaxt ABŞ-ın irəli sürdüyü atəşkəs modelini qəbul etməyib. Onun sözlərinə görə, Vaşinqton istədiyi vaxt döyüş əməliyyatlarını yenidən başladır.

"Bu, İslam Respublikası üçün qəbuledilməzdir", – deyə Borucerdi vurğulayıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar