SON XƏBƏRLƏR

Urmiyanın Buzlu Sinə bölgəsində tarixi saxtalaşdırmaq cəhdinə etiraz edilib

2026.07.31, 14:20
Urmiyanın Buzlu Sinə bölgəsində tarixi saxtalaşdırmaq cəhdinə etiraz edilib

Qərbi Azərbaycan əyalətində terrorçu qruplaşmaları dəstəklədiyi bildirilən dairələrin Urmiyanın Buzlu Sinə turizm bölgəsində yeni lövhə quraşdıraraq Azərbaycanın tarixi torpaqlarında tarixi saxtalaşdırmağa cəhd göstərdiyi söylənilir.

Gunaz.tv

Yerli mənbələrin məlumatına görə, Qərbi Azərbaycanın qərb bölgəsində fəaliyyət göstərən terror yönümlü qruplarla əlaqəli şəxslər əyalət və Urmiya şəhər rəsmilərinin susqunluğu fonunda ərazidəki əsas məlumat lövhəsini sökərək onun yerinə fərqli ad daşıyan yeni lövhə quraşdırıblar.

İddiaya görə, terrorçu qruplaşmaları dəstəkləyən dairələr bölgənin adını "Bəz Sina" şəklində təhrif edərək, "bəz" sözünün kürd dilində "boz" mənasını verdiyini, "Sina"nın isə kürd tayfalarından birinin adı olduğunu irəli sürüblər.

Bundan başqa qeyd olunur ki, son bir neçə il ərzində bu mövzuda irəli sürülən iddialar da dəyişib. Belə ki, əvvəllər "Sina" adlı kürd çobanının bu dağda keçi otardığı iddia edilirdisə, hazırda həmin rəvayətin yerini fərqli izahlar tutub.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar