SON XƏBƏRLƏR

Qalibaf dini rəhbərlik sisteminin səlahiyyətlərinin genişləndirilməsinə çağırıb

2026.08.01, 10:47
Qalibaf dini rəhbərlik sisteminin səlahiyyətlərinin genişləndirilməsinə çağırıb

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkə rəsmilərini vilayəti-fəqih (dini rəhbərlik) sisteminin səlahiyyətlərinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərməyə çağırıb.

Gunaz.tv

Onun sözlərinə görə, İranın güclənməsi bu prinsip ətrafında birliyin möhkəmləndirilməsindən asılıdır.

"Biz, dövlət rəsmiləri, ilk növbədə vilayəti-fəqih sisteminin daha geniş səlahiyyətlərdən istifadə etməsinə şərait yaratmalıyıq. Güclü İran istəyiriksə, buna məhz buradan başlamalıyıq", – deyə Qalibaf parlamentin Koordinasiya Şurasının iclasında bildirib.

Qalibaf İranın gücləndirilməsinin ölkənin əsas hədəfi olduğunu vurğulayıb və dini rəhbərlik sistemi ətrafında birliyə çağırış edib.

O, həmçinin İranın "müharibədə qalib gəldiyini" iddia edib, lakin bu qələbənin "möhkəmləndirilməsi və tarixə həkk olunması" üçün əlavə addımların atılmasının vacib olduğunu bildirib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar