SON XƏBƏRLƏR

SEPAH-a bağlı Fars agentliyi mümkün İran hədəfləri kimi regionun enerji obyektlərini sadalayıb

2026.08.01, 11:10
SEPAH-a bağlı Fars agentliyi mümkün İran hədəfləri kimi regionun enerji obyektlərini sadalayıb

SEPAH-a bağlı Fars xəbər agentliyi cümə günü yayımladığı materialda Ərəb körfəzi regionu və İsraildə yerləşən iri enerji obyektlərini İranın mümkün cavab zərbələrinin hədəfləri kimi göstərib.

Gunaz.tv

Məlumatda ABŞ ilə artan gərginlik fonunda bu obyektlərin İran raketlərinin çatma məsafəsində olduğu bildirilib.

Məqalədə Səudiyyə Ərəbistanının Qavar neft yatağı, AbqaiqXurays enerji obyektləri, BƏƏ-nin Rüveys neft emalı zavodu və Zakum neft yatağı, Qətərin Şimal (North Field) qaz yatağı və Ras Laffan mayeləşdirilmiş təbii qaz (LNG) obyektləri, Küveytin Burqan neft yatağı, Bəhreynin Sitra neft emalı zavodu, eləcə də İsrailin LeviathanTamar qaz yataqları sadalanıb.

SEPAH-a bağlı media daha əvvəlki qarşıdurmalara da toxunaraq bildirib ki, İranın Cənubi Pars qaz obyektləri hədəfə alındıqdan sonra Tehran cavab olaraq Qətərdə yerləşən Ras Laffan qaz obyektlərinə zərbə endirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar