SON XƏBƏRLƏR

Ankara və Bağdad yeni saziş imzaladı

2026.08.01, 22:30
Ankara və Bağdad yeni saziş imzaladı

Türkiyə və İraq strateji neft sazişi imzaladı; Ankara ilə Bağdad iqtisadi əməkdaşlığı daha da genişləndirir.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Türkiyə və İraq İraq xam neftinin İraq–Türkiyə boru kəməri vasitəsilə Ceyhan limanına nəqli ilə bağlı yeni saziş imzalayaraq iki ölkə arasında iqtisadi və strateji əməkdaşlığın inkişafı istiqamətində növbəti mühüm addımı atıblar.

İraqın Baş naziri Əli Falih əz-Zeydi şənbə günü X sosial şəbəkəsində paylaşdığı açıqlamada Bağdad və Ankaranın İraq xam neftinin İraq–Türkiyə boru kəməri vasitəsilə nəqli və yüklənməsi barədə razılıq əldə etdiyini bildirib.

Əz-Zeydi bu sazişi “İraqın neft ixracının fasiləsiz həyata keçirilməsini təmin etmək və İraqla Türkiyə arasında iqtisadi əməkdaşlığı gücləndirmək üçün mühüm strateji nailiyyət” adlandırıb.

O əlavə edib ki, razılaşmaya əsasən, İraq xam nefti Ceyhan limanına gündəlik minimum 750 min barrel həcmində nəql ediləcək.

İraqın Baş naziri həmçinin bildirib ki, layihənin icrası İraq və Türkiyə şirkətlərinə həvalə olunacaq. Hər iki ölkə neft, elektrik enerjisi, su ehtiyatları və digər ortaq əməkdaşlıq sahələrini əhatə edən çərçivə sazişinin tamamlanması üçün müəyyən edilmiş yol xəritəsi əsasında fəaliyyət göstərəcək.

Bu saziş Ankara ilə Bağdadın son aylarda iqtisadi, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığı sürətlə genişləndirdiyi və ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə çalışdığı bir dövrdə imzalanıb.

 


GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar