SON XƏBƏRLƏR

ABŞ ilə memorandumu dəstəkləyirik- Pezeşkian

2026.08.03, 08:33
ABŞ ilə memorandumu dəstəkləyirik- Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin ABŞ ilə imzaladığı memorandumun dəstəkləndiyini bəyan edib.

Gunaz.tv

Bu barədə M.Pezeşkian X səhifəsində yazıb.

​"İmzalanmış memorandum parlament üzvlərinin kollektiv müdrikliyinin nəticəsidir və bütün millət vəkilləri onu dəstəkləyir. Hesab edirəm ki, bu razılaşma gələcəkdə xarici əlaqələrimizin əsas elementi olacaq.

"Biz rəqibi imzaladığı öhdəliklərə əməl etməyə məcbur etməyə çalışmalıyıq.

Ölkənin, bölgənin və müttəfiqlərimizin təhlükəsizliyi bu memorandum sayəsində daha da möhkəmlənəcək", — deyə Pezeşkian bildirib.

Qeyd edək ki, Pezeşkianın idiasının əksinə İran parlamentinin sərt xətt tərəfdarı olan 64 millət vəkili memoranduma qarşı bigə bəyanat yayıb.

Onların iddiasına görə, ABŞ ilə imzalanan memorandum İranın yeni rəhbəri Müctəba Xameneinin iradəsinin əksinədir.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar