SON XƏBƏRLƏR

İranda şagirdlər arasında narkotik maddə aludəçilərinin sayı artıb

2026.08.05, 10:26
İranda şagirdlər arasında narkotik maddə aludəçilərinin sayı artıb

Hazırda ölkədə narkotik maddələrdən istifadə edən şagirdlərin sayı artmaqdadır və onların bir çoxu Nas (nasvar) maddəsindən istifadə edirlər.

Gunaz.tv

Bunu İran Sosial Rifah Təşkilatının nümayəndəsi Mustafa Məhəmmədpur deyib.

"Nas narkotik maddələr siyahısına salınmadığına görə, onun əldə edilməsi çox rahatdır və bu da həmin maddə aludəçilərinin çoxalmasına səbəb olur",- o bildirib.

Məhəmmədpur tərkibində yüksək miqdarda nikotin və zərərli kimyəvi qatqılar olan, güclü psixi və fiziki asılılıq yaradan zərərli maddənin bir sıra mağazalarda da açıq-aşkar satıldığını söyləyib.

Qeyd edək ki, rəsmi statistikada məktəblilərin 2%-nin narkotik aludəçisi olduğu bildirilsə də, qeyri-rəsmi hesabatlarda bunun bir neçə dəfə çox olduğu qeyd edilir.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar