SON XƏBƏRLƏR

Rusiya PUA-sı ukraynalı  tərəvəz satıcısını hədəf aldı (ٰVideo)

2026.08.05, 20:30
Rusiya PUA-sı ukraynalı  tərəvəz satıcısını hədəf aldı (ٰVideo)

Gunaz.tv

Xerson şəhərində tərəvəz satıcısına pilotsuz uçuş aparatının hücumunu əks etdirdiyi bildirilən videonun yayılması geniş reaksiyalara səbəb olub. Ukrayna rəsmiləri Rusiyanı mülki şəxsləri qəsdən hədəf almaqda ittiham ediblər.

Gunaz TV xəbər verir ki, Ukrayna Milli Polisi tərəfindən yayımlanan videoda, Ukrayna rəsmilərinin bildirdiyinə görə, Rusiyaya məxsus pilotsuz uçuş aparatının Xerson şəhərində bir mülki vətəndaşa hücum anı əks olunub.

Videoda 52 yaşlı Yuri adlı kişinin tərəvəz köşkündə işləyərkən uzaqdan idarə olunan pilotsuz uçuş aparatının ona yaxınlaşdığını görərək avtomobilin arxasında gizlənməyə çalışdığı görünür. Pilotsuz uçuş aparatı isə onun yaxınlığında partlayır.

Yuri Xersonun yerli rəsmilərinə bildirib: “Qaçmazdan əvvəl pilotsuz uçuş aparatını idarə edən şəxsə hərbi hədəf olmadığımı göstərmək üçün bir neçə diş sarımsaq göstərməyə çalışdım.”

Ukrayna rəsmiləri hadisəni kəskin şəkildə pisləyərək bunu mülki şəxslərə qarşı “ov” adlandırıblar.

Ukrayna Prezidenti Volodimir Zelenski də videoya münasibət bildirərək deyib: “Rusiya mülki şəxsləri qəsdən hədəf alır və bununla fəxr edir.”

Zelenski beynəlxalq ictimaiyyəti Moskvaya təzyiqləri artırmağa, Rusiyanın müharibəni davam etdirmək imkanlarını məhdudlaşdırmağa və onu sülh istiqamətində ciddi addımlar atmağa məcbur etməyə çağırıb.

Xəbərin hazırlandığı vaxta qədər Rusiya rəsmiləri yayımlanan video və Ukraynanın irəli sürdüyü ittihamlarla bağlı açıqlama verməyiblər.

 


GunAz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar