SON XƏBƏRLƏR

İranda daha bir bəhaiyə ağır həbs cəzası verildi

2026.08.06, 12:09
İranda daha bir bəhaiyə ağır həbs cəzası verildi

İranda islam dininin bəhai təriqətinə mənsub olan vətəndaşlara qarşı təzyiqlərin davamında Yəzd şəhərindən olan Moin Məhəmmədi 16 il azadlıqdan məhrum edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, bununla yanaşı Yəz İnqilab Məhkəməsinin birinci bölməsi həbs cəzası ilə yanaşı bəhai vətəndaşı , 10 il sosial hüquqlarından məhrum edilmə və dövlət və ictimai xidmətlərdən daimi olaraq qovulma cəzasına da məhkum edib.

Moin Məhəmmədi "hökumətə qarşı təbliğat" və "bəhailiyin təbliği yolu ilə İslamın müqəddəs qanununa zidd olan müxtəlif missionerlik fəaliyyət" və "media və təbliğat vasitələrində milli təhlükəsizliyə qarşı fəaliyyət"lərdə günahlandırıb.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran Konstitusiyası bəhai təriqətini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar