SON XƏBƏRLƏR

Zəncanlı şair və media nümayəndələri ustad Rəhgüzər Heydəci ilə görüşüblər

2026.08.06, 13:38
Zəncanlı şair və media nümayəndələri ustad Rəhgüzər Heydəci ilə görüşüblər

Zəncanlı şairlər, yazıçılar və media nümayəndələrindən ibarət bir qrup çərşənbə axşamı, 4 avqust 2025-ci il tarixində Hidəc şəhərinin tanınmış şairi ustad Rəhgüzər Heydəcinin evində onunla görüş keçiriblər.

Gunaz.tv

Görüş zamanı ustad Rəhgüzər Heydəci həyatından, şairlik fəaliyyətinin ilk illərindən və mədəni fəaliyyətlərindən danışıb, həmçinin uzun illər ərzində qazandığı ədəbi təcrübələrini iştirakçılarla bölüşüb.

Rəhgüzər Heydəci Əbhər Şeir və Ədəbiyyat Dərnəyinin təsisçilərindən biridir. O, yaradıcılığında həm türk, həm də fars dillərindən istifadə edib. Onun şeirləri əsasən hikmət, irfan və məhəbbət mövzularını əhatə edir.

Görüş görkəmli şairin ədəbi və mədəni irsinin dəyərləndirilməsi, eləcə də onun xatirələrinin və həyat təcrübəsinin qeydə alınması məqsədilə təşkil olunub.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar