SON XƏBƏRLƏR

İran hərbçiləri Sistan və Bəlucistanda dörd bəlucu öldürdü

2026.08.06, 14:36
İran hərbçiləri Sistan və Bəlucistanda dörd bəlucu öldürdü

Bu gün səhər saatlarında İran hərbçiləri Sistan və Bəlucistan əyalətinin Dəştyari bölgəsinin Gəz kəndi yaxınlığına dörd nəfəfə atəş açaraq öldürüb.

Gunaz.tv

Bu barədə Bəlucistan İnsan hüquqlarını Sənədləşdirmə Şəbəkəsi məlumat yayıb.

Məlumata görə, adı çəkilən bölgədə pusqu quran hərbçilər Toyota Land Cruiser markalı avromobilə atəş açaraq saxlayıblar:

"Hərbçilər avtomobildən düşən dörd nəfərə birbaşa atəş açaraq yerindəcə öldürüb və daha sonra avtomobili yandırıblar".

İranın hökumət mediası məlumatı yaysa da, həmin şəxslərin "silahlı terrirçu" olduqlarını və keçirilən əməliyyat zamanı zərərsizləşdirildiklərini iddia edib.

Bununla yanaşı SEPAH-ın Qüds Qüvvələri Sistan və Bəlucistanda əməliyyat keçirdiyini və "terrorçu qruplaşma"lara bağlı 8 nəfərin saxlanıldığını bildirib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar