SON XƏBƏRLƏR

Türkiyə parlamentində PKK üzvləri üçün şərti amnistiya prosesi başladı

2026.08.06, 19:35
Türkiyə parlamentində PKK üzvləri üçün şərti amnistiya prosesi başladı

Gunaz.tv

Türkiyə Böyük Millət Məclisində PKK üzvlərinə məhdud və şərti amnistiyanın verilməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsinə başlanılıb.

Gunaz TV xəbər verir ki, qanun layihəsi parlamentin 592 deputatından 360-nın imzası ilə təqdim edilib. Layihə Məhkəmə Komissiyasında müzakirə edildikdən sonra yaxın günlərdə parlamentin plenar iclasında səsverməyə çıxarılacaq.

Layihədə keçmiş PKK üzvlərinin mülki həyata qayıtmasına imkan yaradılması nəzərdə tutulur.

Qanun layihəsinə əsasən, amnistiyanın əsas şərti PKK-nın tam şəkildə ləğv edilməsi, təşkilatın bütün silah və sursatını təhvil verməsi, həmçinin bu prosesin Türkiyə Milli Təhlükəsizlik Şurası tərəfindən rəsmi şəkildə təsdiqlənməsidir.

Layihə PKK-ya üzvlük, təşkilata dəstək, onun təbliği və terrorçuluğun maliyyələşdirilməsi kimi cinayətləri də əhatə edir. Bu cinayətlər üzrə istintaq və həbs cəzalarının icrası cəzanın ağırlığından asılı olaraq 5 və ya 10 il müddətinə təxirə salınacaq.

 


GunAz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar