SON XƏBƏRLƏR

WSJ: ABŞ kəşfiyyatı Putinin yaxın illərdə NATO-ya məhdud hücum edə biləcəyini düşünür

2026.08.07, 12:33
WSJ: ABŞ kəşfiyyatı Putinin yaxın illərdə NATO-ya məhdud hücum edə biləcəyini düşünür

Rusiya Prezidenti Vladimir Putin yaxın bir neçə il ərzində NATO-nun qətiyyətini sınaqdan keçirmək üçün alyansa üzv ölkələrdən birinə məhdudmiqyaslı hücum edə bilər.

Gunaz.tv

Bu barədə The Wall Street Journal (WSJ) ABŞ kəşfiyyatının yeni qiymətləndirmələrinə istinadən cümə axşamı məlumat yayıb.

Məlumata görə, mümkün ssenarilər kiberhücumdan tutmuş kiçikmiqyaslı quru əməliyyatınadək müxtəlif variantları əhatə edir.

WSJ qeyd edir ki, bu qiymətləndirmə ABŞ-ın Rusiya və ya Çinlə mümkün münaqişə üçün vacib hesab edilən bəzi silah ehtiyatlarının Ukraynaya göndərilən hərbi yardımlar və İranla müharibə səbəbindən azalması fonunda hazırlanıb.

Məlumata əsasən, ehtiyatları azalan silahlar arasında Precision Strike Missile (PrSM) raketləri, Army Tactical Missile System (ATACMS) taktiki raket sistemləri və Stinger zenit-raket kompleksləri də var.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar