SON XƏBƏRLƏR

İki bəluc fəala ağır həbs cəzası verildi

2026.08.07, 16:13
İki bəluc fəala ağır həbs cəzası verildi

Bir il əvvəl Sistan və Bəlucistan əyalətinin Mehrestan şəhərində həbs olunan bəluc dili hərəkatı fəlları Möhsün Rəisi və Səid Rəisi barəsində məhkəmə hökmü elan olunub.

Gunaz.tv

Bu barədə Bəlucistan İnsan Hüquqlarını Sənədləşdirmə Şəbəkəsi məlumat yayıb.

Məlumata görə, MöhüsnRəisi 26 il, Səid Rəisi isə 17 il azadlıqdan məhrum edilib.

Zahidan İnqilab Məhkəməsinin ikinci bölməsi  29 yaşlı Möhsün Rəisini  “hökumətə qarşı təbliğat”, “silahlı hərəkət”, “hökumət əleyhinə qruplara üzvlük” və “müharibə”də günahlandırıb.

Səid Rəisi isə "sosial mediada hökumətə qarşı təbliğat"da ittiham olunub.

İnsan haqları təşkilatları adı çəkilən şəxslərə qarşı irəli sürülən ittihamların əsassız olduğunu iddia ediblər.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar