SON XƏBƏRLƏR

İranda çevrilişə çağırış edən radikal din xadimi məhkəməyə çağırıldı

2026.08.08, 14:33
İranda çevrilişə çağırış edən radikal din xadimi məhkəməyə çağırıldı

Məhəmməd Baqir Xərrazi son açıqlamalarından sonra dini məhkəməyə çağırılıb, barəsində cinayət işi başlanıb.

Gunaz.tv

Bunu İranın Məhkəmə Sisteminin sözçüsü Əsgər Cahangir deyib.

“Onun barəsində çoxsaylı ittihamlar irəli sürülə bilər. Bunlar arasında təhlükəsizlik xarakterli ittihamlar da olacaq. Əgər gəlməsə, barəsində məcburi gətirilmə qərarı veriləcək”, - o bildirib.

Cahangirin sözlərinə görə, Xərrazinin dini statusuna görə ona qarşı irəli sürülən ittihamlara Xüsusi Dini Məhkəmə baxmalıdır.

Məhəmməd Baqir Xərrazi ötən günlərdə yayımladığı videoda İranın hazırkı rəhbəri Müctəba Xameneinin rəhbərlik etdiyi rejimi “köhnəlmiş sistem” adlandıraraq, əvvəldən “kölgə hökuməti”nin mövcud olduğunu iddia edib. Xərrazi həmin videoda tərəfdarlarını 250 min nəfərlik şəbəkə yaratmağa çağırıb və bunun vasitəsilə mövcud sistemi əvəz edəcək “İslam hökuməti” qurmağı təklif edib.

Din adamı İran Prezidenti Məsud Pezeşkianı da sərt tənqid edib. O bildirib ki, Pezeşkian dəfələrlə rejimi istefa verməklə hədələyib, növbəti belə hal yaşansa, istefası qəbul olunacaq və bu barədə artıq ona xəbərdarlıq da edilib. Xərrazinin iddiasına görə, İran Prezidenti bu xəbərdarlıqdan sonra dayanıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar