SON XƏBƏRLƏR

Güneyli fəalın meyiti tapıldı

2026.08.08, 21:56
Güneyli fəalın meyiti tapıldı

Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhərindən olan fəal Məhəmməd Həsən (Hüseyn) Rəhiminin meyiti Qoşaçay (Miandoab) yaxınlığında tapılıb.

Gunaz.tv

Bu barədə yerli mənbəlr məlumat yayıb.

Onun oğurlanması, işgəncə edilməsi və öldürülməsində təhlükəsizlik orqanlarının əli olduğu ehtimal olunur.

Əldə edilən məlumata görə, bir müddət əvvəl həbs edilən və ya oğurlanan azərbaycanlı fəal Məhəmməd Həsən (Hüseyn) Rəhiminin cansız bədəni Çalxamaz kəndi ilə Çiğati çayının (Zarine rud) çayı arasındakı ərazidə tapılıb.

Yerli mənbələrin sözlərinə görə, əvvəllər kəşfiyyat qüvvələri tərəfindən həbs edilən fəal başından və üzündən aldığı ağır zərbələr nəticəsində ölüb. İlkin dəlillər və məlumat verənlərin ifadələri göstərir ki, onun ölümündən sonra təhlükəsizlik orqanları səbəbkar məmurların cinayətini ört-basdır etmək və işgəncənin izlərini itirmək üçün onun cəsədini bir müddət dondurulmuş vəziyyətdə saxlayıblar.

Qeyd olunub ki, azərbaycanlı fəalın ailəsi bu müdət ərzində Qoşaçay və Urmiya şəhərlərində bütün əlaqədar dövlət qurumlarına dəfələrlə müraciət etsələr də, onlara zidiyyətli cavablar verilib və Rəhiminin talei ilə bağlı hər hansı açqlama verməkdən imtina ediblər.

İndiyə qədər heç bir rəsmi orqan və məhkəmə qurumu bu hadisəyə rəsmi olaraq reaksiya verməyib və ya məsuliyyəti öz üzərinə götürməyib.

Qeyd etmək lazımdır ki, 42 yaşlı fəal Məhəmməd Həsən (Hüseyn) Rəhimi 2024-cü il dekabrın 25-də Qoşaçaya mülki geyimli şəxslər tərəfindən qaçırılıb və onun zorla yoxa çıxması işi Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla beynəlxalq təşkilatlar tərəfindən izlənilirdı.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar