SON XƏBƏRLƏR

İraqda İranın proksi qüvvələri saxlanıldı

2026.08.09, 09:19
İraqda İranın proksi qüvvələri saxlanıldı

İraq təhlükəsizlik qüvvələri qonşu ölkəyə pilotsuz uçuş aparatları ilə hücum hazırladığı ehtimal olunan qruplaşmalardan birinin tərəfdarları olan qrupu həbs edib.

Gunaz.tv

Bu barədə "Al Hadath" telekanalı xəbər verib.

Bilirilib ki, Babil əyalətində hərbiləşdirilmiş qruplaşmalardan birinə mənsub olan üç nəfər saxlanılıb.

Telekanalın mənbələrinin məlumatına görə, saxlanılan şəxslərdən İraqdan kənarda hücumlar üçün hazırlanmış bir neçə müasir pilotsuz uçuş aparatı götürülüb.

İddia edilib ki, qrup döyüş dronlarının hazırlanması ilə məşğul olan iranlı mütəxəssislərlə əlaqəli olub.

İraq hakimiyyətindən İranyönümlü birləşmələrlə əlaqəli qrupun Babildə saxlanılması barədə hələlik rəsmi təsdiq daxil olmayıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar