Xarici vətəndaşların rəhbərlik etdiyi bu şəbəkələr xüsusi kompüter proqramları vasitəsilə dövlət qurumlarının, eləcə də müəssisə və təşkilatların rəsmi internet səhifələrindən əməkdaşların əlaqə nömrələrini kütləvi şəkildə əldə etməklə, həmin nömrələrə müvafiq qurumun rəhbər şəxslərinin fotoşəkillərindən istifadə edərək yaradılmış saxta hesablardan "WhatsApp" tətbiqi vasitəsilə guya "təcili" xarakterli mesajlar göndərilir və hüquq-mühafizə orqanları adından fəaliyyət göstərən digər saxta hesaba yönəldilməklə xarici hesablara pul vəsaitinin köçürülməsi barədə və ya digər tapşırıqlar verilir.