SON XƏBƏRLƏR

İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın əməliyyat mərkəzini vurub

2026.08.11, 11:16
İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın əməliyyat mərkəzini vurub

İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın bir bölməsinə qarşı əməliyyat keçirib.

Gunaz.tv

Bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı əl-Mansuri kəndində “Hizbullah”ın istifadə etdiyi əməliyyat mərkəzinə hava zərbəsi endirib.

Hücumda ölən və yaralananlarla bağlı məlumat verilməyib. Livanın rəsmi NNA agentliyi isə İsrail ordusunun əraziyə artilleriya zərbələri endirdiyini bildirib.

“Hizbullah” hadisə ilə bağlı açıqlama verməyib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar