SON XƏBƏRLƏR

İsrail casusları dəfələrlə Fordoya gediblər

2026.08.11, 17:37
İsrail casusları dəfələrlə Fordoya gediblər

Yossi Koen İsrail casuslarının Fordoya səfərlərini açıqlayıb.

Gunaz.tv

Mossadın keçmiş rəhbəri Yossi Koen bu qurumun casuslarının “Fordo nüvə obyektinə dəfələrlə baş çəkdiklərini” iddia edib.

2015-2021-ci illərdə Mossada rəhbərlik edən Koen çərşənbə axşamı yerli rəsmilərin iştirakı ilə keçirilən toplantıda bu səfərlərin məqsədinin “bu obyektin daha yaxşı başa düşülməsi və tanınması” olduğunu deyib. O, səfərlərin dəqiq vaxtı və necə həyata keçirilməsi barədə əlavə məlumat verməyib.

Son 12 günlük müharibə zamanı ABŞ münaqişəyə qoşulduqdan sonra İranın Fordo, Natanz və İsfahandakı üç mühüm nüvə obyektini bombalayıb.

İsrail mediasının məlumatına görə, Koen toplantıda ABŞ-ın Fordoya hücumunu “arzusunun reallığa çevrilməsi” kimi qiymətləndirib.

Benyamin Netanyahunun yaxın adamlarından biri hesab olunan Koenin Mossada rəhbərlik etdiyi dövrdə İranın nüvə alimi Möhsün Fəxrizadə sui-qəsd nəticəsində öldürülüb.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar