SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı da İranı qınadı

2026.08.14, 14:49
Səudiyyə Ərəbistanı da İranı qınadı

BƏƏ Xarici İşlər Nazirliyinin İran silahlı qüvvələrinin Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) iki tankerinə hücumunu pisləyən bəyanatının yayımlanmasından sonra Səudiyyə Ərəbistanı da BƏƏ enerji donanmasının bu iki tankerinin hədəfə alınmasını ən sərt şəkildə pisləyən bəyanat yayıb.

Gunaz.tv

Bu haqda "Əl-Ərəbiyyə" xəbər verib.

Məlumata görə, Ər-Riyad bu bəyanatda İranın Bəsrə körfəzində "ticarət gəmilərinə və tankerlərinə" hücumlarına qarşı olduğunu vurğulayaraq, Tehranı davam edən hücumların nəticələrinə görə məsuliyyət aşıdığını bildirib.

Səudiyyə krallığı BƏƏ-nin suverenliyini, təhlükəsizliyini və resurslarını qorumaq üçün gördüyü tədbirlərlə həmrəyliyini ifadə edib.

Qeyd edək ki, bundan əvvəl Bəhreyn də oxşar bəyanat yayaraq İranın hücumlarını qınayıb və BMT Təhlükəsizlik Şurasını məsələ ilə bağlı sərt mövqe göstərməyə çağırıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar