SON XƏBƏRLƏR

İranda həbsdə olan qadının həyatının acı sonu

2026.08.14, 19:30
İranda həbsdə olan qadının həyatının acı sonu

37 yaşlı qadın kömək istədi, lakin xəstəxanaya çatdırılmadı.

Gunaz.tv

İranda 37 yaşlı qadın, qeyri-siyasi cinayətə görə həbsdə olan məhbus, bir neçə gün şiddətli ağrı çəkdikdən və xəstəxanaya “gecikdirilərək göndərildiyi” iddiasından sonra Məşhədin Vəkilabad həbsxanasında həyatını itirib.

Məlumata görə, xanım Ramazani çərşənbə günü Vəkilabad həbsxanasının 2-ci bölməsində həyatını itirib. O, ölümündən əvvəl dörd gün ərzində öd kisəsi nahiyəsində şiddətli ağrılardan əziyyət çəkib. 

Tibbi yardım və xəstəxanaya köçürülməsi üçün dəfələrlə müraciət etməsinə baxmayaraq, vaxtında tibb müəssisəsinə çatdırılmayıb. Onun ölüm səbəbini “öd kisəsinin partlaması”açıqlanıb.

Hüquq müdafiəçilərinin yaydığı məlumatlara görə, bu qadın məhbusun son günlərdə səhhəti ağırlaşıb, lakin onun həbsxanadan kənarda yerləşən tibb müəssisəsinə köçürülməsi gecikdirilib və ya ümumiyyətlə həyata keçirilməyib.

Yayılan məlumatlara əsasən, bu məhbus həbsdə olduğu müddətdə həbsxananın zibil toplama bölməsində də işləyib.

Xəbər hazırlanarkən İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı heç bir açıqlama verilməyib. Həmçinin onun ölümünün dəqiq səbəbi ilə bağlı rəsmi tibbi ekspertiza rəyi ictimaiyyətə açıqlanmayıb.

 

GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar