SON XƏBƏRLƏR

Üç iranlı pilot Qətərdə əsir saxlanılır

2026.08.15, 15:27
Üç iranlı pilot Qətərdə əsir saxlanılır

Gunaz.tv

İranın bir hərbi rəsmisinin sözlərinə görə, mart ayında hücumlar zamanı qırıcı təyyarələri vurulan üç iranlı pilot sağdır və Qətərdə saxlanılır.

İran Silahlı Qüvvələri Baş Qərargahının İtkinlərin Axtarışı Komitəsinin rəhbəri Məhəmməd Baqerzade bildirib ki, Cavad Salehi, Əbdülməcid Dəştiyan və İmran Bəruşyan təxminən altı aydır Qətərdə əsir saxlanılır.

O iddia edib ki, üç pilot döyüş tapşırığından qayıdarkən iki Su-24 qırıcısının vurulmasından sonra təyyarələrdən çıxaraq Qətər qüvvələri tərəfindən əsir götürülüblər.

Baqerzadənin sözlərinə görə, Qətər indiyədək bu şəxslərin ailələri və İran rəsmiləri ilə görüşməsinə və əlaqə saxlamasına icazə verməyib.

O, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin üç pilotla görüşməsini və onların səhhətinin yoxlanılmasını tələb edib.

Qətər hökuməti bu iddia ilə bağlı hələlik açıqlama verməyib.

 

GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar