SON XƏBƏRLƏR

“Əfqanıstan Türk-Özbək şairlərinin antologiyası” kitabının ikinci cildi Tehranda təqdim edildi

2026.08.16, 12:17
“Əfqanıstan Türk-Özbək şairlərinin antologiyası” kitabının ikinci cildi Tehranda təqdim edildi

Gunaz.tv

“Əfqanıstan Türk-Özbək şairlərinin antologiyası” kitabının doktor Məhəmməd Kazım Əmini tərəfindən hazırlanan ikinci cildinin təqdimat mərasimi avqustun 13-də Tehranda keçirilib.

Mərasim “Faryab Tələbələrinin Mədəniyyət Dərnəyi”nin təşəbbüsü ilə təşkil olunub. Tədbirdə doktor Seyid Mürtəza Hüseyni və Zəncandan olan Mustafa Rəzaqi də daxil olmaqla bir sıra qonaqlar çıxış ediblər.

Doktor Əmini tədbirdə Əfqanıstan Türklərinin mədəniyyəti, sivilizasiyası və ədəbiyyatı haqqında danışıb və əsərlərindən bir qismini təqdim edib.

Azərbaycan Türkü yazıçısı Seyid Mürtəza Hüseyni Əminini “dövrümüzün Nəvai”si adlandırıb və onun Əfqanıstan Türklərinin mədəniyyəti və ədəbiyyatının qorunması və inkişafı istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.

Hüseyni həmçinin Təbriz və Heratın tarixi mövqeyinə toxunaraq, “Dədə Qorqud” dastanı da daxil olmaqla Türk ədəbi irsinin əhəmiyyətini vurğulayıb və Hindistan, Əfqanıstan və İran hökumətlərini Türk dili və mədəniyyətinə hörmətlə yanaşmağa və onu dəstəkləməyə çağırıb.

Mustafa Rəzaqi isə Əmininin kitabını sadəcə ədəbi toplu deyil, “tarix və ədəbiyyat” arasında əlaqə yaradan əsər kimi qiymətləndirib və onun nəsr üslubunu Əfqanıstan Özbək Türklərinin ədəbiyyatında dəyərli nümunə kimi xarakterizə edib.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar