SON XƏBƏRLƏR

Urmu gölü qırmızı oldu

2026.08.16, 16:05
Urmu gölü qırmızı oldu

Urmu gölünün bəzi hissələrində suyun müxtəlif çalarlarında qırmızı rəngə çevrildiyi müşahidə olunub.

Gunaz.tv

Qərbi Azərbaycan Əyaləti Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru gölün suyundakı rəng dəyişikliyinə münasibət bildirib. O, bu vəziyyətin göldə duzluluğun artması və ekoloji şəraitin dəyişməsi ilə əlaqəli ola biləcəyini deyib.

Mütəxəssislərin əvvəlki araşdırmalarına görə, Urmu gölündə suyun səviyyəsinin azalması duzluluğun artmasına səbəb olur. Yüksək duzluluq isə bəzi mikroorqanizmlərin, o cümlədən duzsevər yosun və bakteriyaların artmasına şərait yarada və suyun qırmızı və narıncı rəng almasına səbəb ola bilər.

Urmu gölünün qırmızı rəngə çevrilməsi ilk dəfə müşahidə olunan hadisə deyil. Gölün ekoloji vəziyyətinin pisləşməsi və suyun azalması son illərdə duzluluğun kəskin artması ilə nəticələnib.

 


GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar