SON XƏBƏRLƏR

İranda ərzaq qiymətləri 128 faizi keçdi

2026.08.16, 18:16
İranda ərzaq qiymətləri 128 faizi keçdi

İran işçilərini daha ağır günlər gözləyir. Yaşayış səbəti ikiqat bahalaşdı. Maaşlar çatmır və böhran dərinləşir.

Gunaz.tv

İranda işçilər üçün yanvar ayında hesablanan yaşayış səbəti ərzaq və xidmətlərin qiymətlərinin artması nəticəsində hazırda faktiki olaraq iki dəfə bahalaşıb.

Əmək Ali Şurasının işçi nümayəndəsi Möhsün Baqeri İLNA agentliyinə açıqlamasında Əmək Ali Şurasından əməkhaqlarına yenidən baxılmasını tələb edib.

İran Statistika Mərkəzinin rəsmi məlumatlarına görə, qiymətlərin göstəricisi ABŞ və İsrailin İran İslam Respublikasına qarşı birgə əməliyyatına başlanılan vaxt 542 olduğu halda, sonradan 677-yə yüksəlib.

Ərzaq məhsullarının qiymətlərində illik inflyasiyanın da 128 faizdən çox olduğu hesablanır.

Bu yüksək inflyasiya şəraitində Əmək Ali Şurasının qərarına əsasən, İranda minimum əməkhaqqı cəmi 60 faiz artırılıb.

 


GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar