SON XƏBƏRLƏR

İranda xarici media ilə müsahibəyə görə bundan sonra həbs cəzası veriləcək

2026.08.16, 22:51
İranda xarici media ilə müsahibəyə görə bundan sonra həbs cəzası veriləcək

İran hökuməti bu dəfə medianı hədəfə aldı və jurnalistlər və vətəndaşlar üçün yeni qırmızı xətt çəkdi.

Gunaz.tv

Gunaz.TV xəbər verir ki, İran parlamenti xarici media ilə əlaqə və müsahibənin cinayət hesab edilə biləcəyini nəzərdə tutan qanun layihəsinin ümumi müddəalarını təsdiqləyib.

Layihəyə əsasən, ABŞ, İsrail və ya İran hökumətinin qarşı çıxdığı xarici mediaya müsahibə vermək, həmçinin video, foto, səs yazısı və məlumat göndərmək 6 aydan 2 ilədək həbs cəzasına səbəb ola bilər.

Digər xarici mediaya müsahibə vermək də əvvəlcədən İran Kəşfiyyat Nazirliyinə məlumat verilməsindən asılı olacaq.

Layihədə həmçinin hökumətin qarşı çıxdığı bəzi incəsənət fəaliyyətləri, təlim və kursların keçirilməsi, eləcə də xarici qurumlarla elmi əməkdaşlıq üçün həbsdən ömürlük qadağaya qədər müxtəlif cəzalar nəzərdə tutulub.

Bununla belə, İran parlamentinin Media Mərkəzi bildirib ki, hələlik yalnız qanun layihəsinin ümumi müddəaları təsdiqlənib və onun detalları üzrə müzakirələrə başlanılmayıb.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar