SON XƏBƏRLƏR

ABŞ 17 iranlını kiber oğurluqda günahlandırdı

2026.08.19, 16:16
ABŞ 17 iranlını kiber oğurluqda günahlandırdı

Amerika 17 iranlını İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) xeyrinə kiber oğurluqda günahlandırıb.

Gunaz.tv

ABŞ Ədliyyə Departamenti "Məbna" müəssisəsi ilə əlaqəli 17 İran vətəndaşına qarşı geniş miqyaslı kibernüfuz və məlumat oğurluğunda iştirak ittihamı irəli sürüb.

Müttəhimlərin "Məbna" müəssisəsinin üzvləri və amilləri olduğu bildirilib. İddiaya görə, onlarn bəzilə əməliyyatları əməliyyatları 2013-cü ildən bəri Sepah və İranın başqa dövlət və universitə qurumları aına yerinə yetirilib. 

İttihamnaməyə görə bu şəbəkə 144 Amerika universitəsini və 178 xarici universitəni, ən azı 42 Amerika şirkəti və 11 xarici şirkəri, 5 dövlət qurumunu və iki qeyri-dövlət qurumunu hədəf alıb.

Amerikalı prokurorlar, əməliyyat boyunca 31 terabaytdan çox universitə məlumatı, araşdırma, fikri malikiyyət və başqa bilgilərin oğurlandığını bildiriblər. 

17 müttəhimdən 9-nun bundan əvvəl 2018-ci ildə hüquqi təqib altına alındığı qeyd olunub.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar