SON XƏBƏRLƏR

İranda evlilik yaşına çatmış subayların statistikası

2026.08.21, 10:06
İranda evlilik yaşına çatmış subayların statistikası

İranda evlilik yaşına çatmış 14 milyon insan hələ də subaydır.

Gunaz.tv

Bu haqda rəsmi xəbər agentliyi IRNA məlumat yayıb.

Bildirilib ki, illik evliliklərin sayı təxminən 900 min olmalıdır, ancaq yalnız 500 minə yaxın evlilik qeydə alınıb; bu rəqəm isə 44 faizlik fərqi göstəricisidir.

Dərc olunan statistika İranda subaylıq yaşının artdığını və evliliklərin əhəmiyyətli dərəcədə azaldığını göstərir; hazırda evlilik yaşına çatmış təxminən 14 milyon subayın 7 milyon 355 minini kişilər, 6 milyon 929 minini isə qadınlar təşkil verir.

İqtisadi problemlər və inflyasiya, yüksək və artan yaşayış xərcləri, işsizlik və iş təhlükəsizliyinin olmaması, mənzil tapmaqda çətinlik və toy mərasimlərinin yüksək xərcləri gənclərin evlənmək istəyinin azalmasının ən vacib amilləri kimi qeyd olunur.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar