SON XƏBƏRLƏR

İrana bağlı tanker Yəmən sahillərində ələ keçirildi

2026.08.22, 09:22
İrana bağlı tanker Yəmən sahillərində ələ keçirildi

ABŞ-ın sanksiya tətbiq etdiyi və İran neft məhsullarını daşıdığı iddia olunan neft tankeri Yəmən sahillərində ələ keçirilib və Somaliyə doğru yönləndirilib.

Gunaz.tv

"Reuters"in cümə günü yaydığı məlumata görə, bu, Somali quldurluğunun yenidən artması fonunda baş verən sonuncu hücumdur.

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları (UKMTO) qurumunun məlumatına görə, Eritreya bayrağı altında üzən Sibu 1 tankeri cümə axşamı altı silahlı şəxs tərəfindən ələ keçirilib. ABŞ Maliyyə Nazirliyi ötən ilin dekabrında tankeri İrana məxsus neft məhsullarının sanksiyalardan yayınmasına kömək edən “kölgə donanmasının” bir hissəsi olduğu iddiası ilə sanksiya siyahısına daxil etmişdi.

"Reuters"in Beynəlxalq Dənizçilik Bürosunun məlumatlarına və UKMTO hesabatlarına istinadən bildirdiyinə görə, bu, bu il Somali sahillərində və ya Ədən körfəzində hücuma məruz qalan ən azı 13-cü gəmi olub. 2025-ci ilin bütün ili ərzində isə belə hücumların sayı cəmi 5 olub.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar