SON XƏBƏRLƏR

Sərt xətt tərəfdarı qəzet: Pezeşkian və Qalibaf İranın rəqiblərinə zəiflik siqnalı verir

2026.08.23, 10:24
Sərt xətt tərəfdarı qəzet: Pezeşkian və Qalibaf İranın rəqiblərinə zəiflik siqnalı verir

İran Prezidenti Məsud Pezeşkian və parlamentin sədri Məhəmməd Baqer Qalibaf İranın rəqiblərinə “zəiflik və passivlik” siqnalları göndərirlər.

Gunaz.tv

Bunu sərt xətt tərəfdarı Kayhan qəzeti yazıb.

Qəzet bildirib ki, seçimləri “müharibə, yoxsa danışıqlar” və ya “dolanışıq, yoxsa raketlər” kimi təqdim etmək İranın rəqiblərinin maraqlarına xidmət edir və onları yeni hücumlara həvəsləndirə bilər.

Kayhan həmçinin iranlıların aclıqla üzləşdiyi və ya ölkədə iqtisadi fəaliyyətin olmadığı barədə iddiaları rədd edib. Qəzet iqtisadi problemlərin hərbi xərclərdən deyil, hökumətin, parlamentin və digər dövlət qurumlarının fəaliyyətindəki çatışmazlıqlardan qaynaqlandığını bildirib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar